Şagirdlər interaktiv məşğələlərə cəlb olunub

18742ca8 c052 48fe aeae b9e09bc54ed9 69e62e6ccda26

“Kimyanın rəqəmsal və interaktiv tədrisi” layihəsi çərçivəsində dərslər uğurla davam edir

Layihə 259 nömrəli tam orta məktəbdə həyata keçirilir. Proqram çərçivəsində 7–10-cu siniflərdən seçilmiş 40 şagird 4 qrup şəklində interaktiv məşğələlərə cəlb olunub.

Hər qrup üçün dərslər həftədə bir dəfə 2 saat olmaqla təşkil edilir və kimya fənninin mövzuları rəqəmsal alətlər vasitəsilə praktik şəkildə öyrədilir.

Tədris prosesində PhET Interactive Simulations platformasının simulyasiyalarından istifadə olunur. Şagirdlər kimyəvi reaksiyalar, maddələrin quruluşu, atom və molekul modelləri kimi mövzuları virtual laboratoriya mühitində araşdırır, müxtəlif eksperimentlər aparır və əldə etdikləri nəticələri təhlil edirlər. Qrup işi və müzakirələr əsasında təşkil olunan dərslər onların tənqidi düşünmə, problem həll etmə və analitik yanaşma bacarıqlarının inkişafına müsbət təsir göstərir.

Layihənin başlanğıcında aparılan ilkin qiymətləndirmənin nəticələrinə uyğun olaraq təlim prosesi məqsədyönlü şəkildə qurulub. Hazırda şagirdlərin bilik və bacarıqlarında müsbət dinamika müşahidə olunur. Proqramın sonunda yekun qiymətləndirmə həyata keçiriləcək, nəticələr müqayisəli şəkildə təhlil ediləcək və simulyasiyaların təlimə təsiri ilə bağlı hesabat hazırlanacaq.

Layihə Ağalarov Samir tərəfindən icra olunur. Əldə olunan metodik materialların digər müəllimlərlə paylaşılması və tətbiq olunan modelin daha geniş miqyasda yayılması nəzərdə tutulur.