Şahbaz Şərif Əli Əsədova məktub ünvanlayıb

03cf8717164692921768434665110389190.jpeg

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun təbrik məktubuna cavab olaraq Ə.Əsədova məktub ünvanlayıb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Pakistanın Baş naziri Şahbaz Şərif təbrik məktubunda iki ölkə arasında qardaşlıq münasibətlərinin ötən dövr ərzində siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın artması ilə möhkəm və çoxşaxəli tərəfdaşlığa çevrildiyini məmnunnuqla bildirib.

Vurğulanıb ki, Pakistan keçmiş Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyib.

Pakistanın hər iki xalqın mənafeləri naminə Azərbaycan ilə əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduğu diqqətə çatdırılıb.