Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində aprelin 19-da bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Baş nazir İrakli Qaribaşvili Sahibə Qafarovanı və parlament nümayəndə heyətinin üzvlərini ölkəsində salamlamaqdan məmnunluğunu bildirib.
O, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin, dostluq əlaqələrinin müxtəlif sahələrdə inkişafının təqdirəlayiq olduğunu qeyd deyib.
Bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatmasının əsası xalqlarımızın böyük liderləri Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulub.





