Sahibə Qafarova Kubaya səfər edib

1694774834 8c9bd938 510b 3111 9693 72081b51e686 850.jpeg

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 15-də G77 və Çin Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Kubanın Havana şəhərinə işgüzar səfər edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Kubanın beynəlxalq hava limanında Milli Məclisin sədrini bu ölkənin ədliyyə naziri Oskar Silvera Martinez, Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın G77 və Çin Qrupunun Zirvə görüşündə çıxışı nəzərdə tutulub.