“Liverpul”un futbolçusu Məhəmməd Salah komandanın sabiq futbolçusu Kenni Dalqlişin uğurunu təkrarlayıb.
30 yaşlı hücumçu buna Premyer Liqanın 17-ci turunda “Aston Villa” ilə görüşdə (3:1) fərqlənməklə nail olub.
“Mersisaydlılar”ın heyətində 172-ci qolunu vuran Salah bu göstəricidə Kenni Dalqlişə çatıb. Onlar bombardirlər siyahısında 7-ci yeri bölüşdürürlər. Şotlandiyalı forvard 515, misirli oyunçu isə 277-ci matçda bunu bacarıb.
“Liverpul”un bombardiri isə İan Raşdır. Keçmiş hücumçu 660 qarşılaşmada 346 dəfə fərqlənib.




