Saleh Məmmədov Astarada vətəndaşları qəbul edəcək

A2cc63e0166849676966573564310786626.jpg

Noyabrın 18-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Astara şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Astara, Lənkəran və Lerik rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlər Astara rayonu “49 №-li Yol İstismarı”, Lənkəran şəhəri “48 №-li Yol İstismarı”, Lerik rayonu “52 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçməlidir.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.