Şamaxıda II Milli Qurama Festivalı keçirilib

0e52d760 151d 336d a43d b55f2a1f3e7e 850.jpeg

II Milli Qurama Festivalı çərçivəsində Şamaxı İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə Şamaxı Yaradıcılıq Mərkəzində tədbir keçirilib.

Tədbir Qurama yürüşü ilə başlayaraq sərgi, ustad dərslər və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası ilə davam edərək musiqili proqramla bitib.

Tədbirdə sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prosesini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər.

Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət Nazirliyinin və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.