Samux rayonunda yerli sakin qətlə yetirilib.
Samux rayon sakini, 1985-ci il təvəllüdlü Elşən Sadıqov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatları hələ ki, məlum deyil. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırmalara başlanılıb. /Report.az/

