Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı, millət vəkili Elnur Allahverdiyev və Yasamal rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Şəhid ailələrinə qayğı” humanitar aksiyası keçirilir.
Aksiyanın ilk günü Yasamal rayonu ərazisindəki şəhid ailələri ziyarət olunub, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildirilib, şəhidlərimiz kimi, onların ailə üzvlərinin də çox qiymətli olduğu vurğulanıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Görüşlər zamanı şəhid ailələrinə novruz sovqatları təqdim olunub.
Qeyd edək ki, “Şəhid ailələrinə qayğı” aksiyası 16-17 mart tarixlərində davam etdirilir.





