Şəhid bacısı Avropa çempionatında bürünc medal qazandı

551716806679.jpg

Vətən müharibəsi şəhidi kapitan Tural Zeynalovun bacısı Solmaz Zeynallı kyokuşin karate üzrə Avropa çempionatında bürünc medal qazanıb.

O, İspaniyanın Valensiya şəhərində keçirilən yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Onunla yanaşı Əliqismət Həsənov gümüş, Balaəmi Əhmədov və Arzuman Həsənov da bürünc medal qazanıblar.