Şəhriyar Məmmədyarov FIDE Qran-prisinin Berlində təşkil olunan 3-cü mərhələsində ilk görüşünü keçirib.
B qrupunda yer alan qrosmeysterimiz almaniyalı Vinsent Keymerlə üz-üzə gəlib. Partiya heç-heçə başa çatıb.
Qrup mərhələsində bütün iştirakçılar bir-biri ilə iki partiya oynayacaq. Yekunda ilk yeri tutan iştirakçılar yarımfinala vəsiqə qazanacaq.




