Şəmkirdə oğurluq edən keçmiş məhkumlar saxlanıldı

1650305028 1e6f5f89 26cd 3920 8538 4f49d9c00af2 850.jpg

Şəmkir rayonunda yerli sakinin evindən nəğd pul, qızıl-zinət və müxtəlif məişət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Şəmkir rayon sakini, V.Məmmədovanın evindən quldurluq yolu ilə 130 manat pul, qızıl-zinət və müxtəlif məişət əşyaları oğurlanıb.

Aparılan araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkumlar, Şəmkir rayon Təzəkənd kənd sakinləri, V.İsgəndərov və S.Əsədov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir. /Report.az/