Serbiya Prezidenti parlamenti buraxıb

Ad1d7376 5aeb 32be 8bd5 2b4341aa496b 850.jpg

Serbiya prezidenti Aleksandr Vuçiç Serbiya Milli Assambleyasını (Parlament – Red) buraxıb və aprelin 3-nə növbədənkənar seçkilər təyin edib.

Prezident müvafiq sənədi ölkənin milli televiziyası ilə canlı yayımda xalqa müraciəti zamanı imzalayıb.

“Mən indicə parlamentin buraxılması ilə bağlı sənədi imzalamışam və Serbiya Konstitusiyasına, “Serbiya Prezidenti haqqında” qanuna və “Xalq deputatları haqqında” qanuna əsasən, seçkilərin təyin edilməsi barədə qərar qəbul edirəm. Mən seçkiləri 2022-ci il aprelin 3-nə təyin edirəm”, – deyə Serbiya lideri əlavə edib.