Serbiya Rusiyaya aviareyslərin sayını azaldır

1d8c9f71164723099316326361810209372.jpg

Serbiyadan Rusiya istiqamətində aviareyslərin sayı azaldılacaq.

Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Serbiya Prezidenti qeyd edib ki, paytaxt Belqraddan Moskva istiqamətində uçuşların sayı gündəlik bir reysə endiriləcək.

Qeyd edək ki, Avropa İttifaqına(Aİ) üzv dövlətlərin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, bu sanksiyalara qoşulmayan və öz hava məkanını Rusiya təyyarələri üçün açıq saxlayan Serbiyanın hava yolu şirkəti “Air Serbia” son günlərdə Belqrad-Moskva-Belqrad istiqamətində aviareyslərin sayını iki dəfə artırması beynəlxalq ictimaiyyət tərəfindən tənqid olundu.

Hazırda Rusiya vətəndaşları digər Avropa ölkələrinə səyahət etmək üçün Serbiyadan tranzit ölkə kimi istifadə edirlər.