Sərhədi pozan şəxslər SAXLANILDI

1693382955 64eef896b9f8364eef896b9f84169338280664eef896b9f8164eef896b9f82.jpg

Avqustun 30-da saat 07:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan Respublikasına keçməyə cəhd göstərən Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları 1969-cu il təvəllüdlü Amair Ziane və 1999-cu il təvəllüdlü Belkhatır Mohammed-Fodil sərhəd naryadı tərəfindən saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Ətraflı
Ads by
4
Reklamınızı SmartBee ilə effektiv edin.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.