Son günlər yayılan qrip nəticəsində çoxları öskürəkdən əziyyət çəkir. Bu öskürək isə bəzən dərmanla da kəsmir.
Bəzi hallarda türkəçarə köməyinizə çata bilər. əgər şiddətli öskürəkdən əziyyət çəkirsinizsə, aşağıdakıları edin:
· Kələmi ətmaşınından keçirdib, şirəsini sıx. 1 stəkan kələm şirəsinə 1 çay qaşığı şəkər tozu töküb iç. Şirədən gündə 3 – 4 dəfə içmək lazımdır.
· 1 soğan, 3 ədəd qara turp və 2 ədəd almanı sürtgəcdən keçirdib, süzüb, şirəsini çıxart. Şirəyə 1 xörək qaşığı bal qat. Bu məlhəmdən gündə 3 dəfə 1 xörək qaşığı içmək lazımdır.
· 1 stəkan qaynar suya 1 çay qaşığı razyana töküb dəmlə. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bu məlhəmdən 1 xörək qaşığı iç.

