Torpaqlarımızın məsum körpələrimizin qanları ilə suvarılmasını düşündükcə insanın qanı donur. Dağlarımızda analarımızın körpələri üçün qopardıqları fəryad səsləri dolaşır.
O körpələrin qisası üçün dünyanın şah damarını kəsərdik!
Nəyin bahasına olursa olsun Azərbaycan əsgəri son damla qanına kimi döyüşər və düşmənə qalib gəlməyi bacarardı!
Ölkə başçısı hər dəfə çıxışlarında bizlərə təşəkkür edir.
Azərbaycan əsgərinin gücünü, əməyini, əziyyətini hər dəfə təkrar-təkrar dilə gətirir.
Bir məsələ də var istəyirəm mən də bunu qeyd edəm. Borc bilirəm. Borc bilməliyik.
Kəlbəcərimizi düşmən işğalından döyüş əməliyyatları keçirmədən azad etməklə neçə min can bu gün həyatdadır və bir o qədər ailə gözü yaşlı deyil!
Çox şey üçün təşəkkür etmək olar. Bir-bir sadalamaq istəmirəm. Məhz qarlı Kəlbəcər üçün mən də sizə təşəkkür edirəm, Cənab Ali Baş Komandan!
İqbal Səfərov,
Dövlət Gömrük Komitəsinin əməkdaşı,
Silahlı Qüvvələrin zabiti





