Şimali Koreyanın raket buraxılışı uğursuz olub

8e77b376164740281668939912710129481.jpg

Şimali Koreya naməlum mərmi buraxıb, lakin görünür ki, buraxılış uğursuz oldu.

Bu barədə Cənubi Koreya ordusu bildirib.

“Qiymətləndirməmizə görə, mərminin buraxılması, görünür, uğursuz oldu, çünki o sürətlənmənin erkən mərhələsində müəyyən bir hündürlüyə çata bilməyib”, – deyə Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi qeyd edib.

O, mərminin düşdüyünü və ya havada partladığını dəqiqləşdirməyib və qeyd edib ki, “ətraflı analiz lazımdır”.