Siyəzəndə 63 yaşlı kişi bıçaqlanıb

Bicaq1.jpg

Siyəzəndə bıçaqlanma hadisəsi baş verib.

Hadisə Zarat kəndində qeydə alınıb. Beləki, kənd sakini 1959-cu il təvəllüdlü Nəzərəli Şərafəddin oğlu Fərzəliyev həmkəndlisi tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, onlar suvarma suyuna görə mübahisə ediblər. Nəticədə N.Fərzəliyev 4 bıçaq zərbəsi alıb. Yaralıya çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyularaq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.