SOCAR ilk dəfə quru sahədə aeroqravimetrik tədqiqat işlərinə start verib

E148abb1 D762 3116 B727 027cf6548443 850.jpg

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Böyük Britaniyanın tanınmış “Metatek” şirkəti ilə əməkdaşlıq çərçivəsində ilk dəfə quru sahəsində aeroqravimetrik tədqiqat işlərinə start verib.

Redaksiya.az SOCAR-a istinadən xəbər verir ki, bu üsul geniş ərazilərdən qısa zamanda yüksək dəqiqliklə məlumat əldə etməyə imkan yaradır.

Bu çərçivədə dünyada məşhur “LockheedMartin” şirkətinin ən son eFTG texnologiyası tətbiq olunacaq, həmçinin maqnetik ölçmələr və LiDAR texnologiyası vasitəsilə relyefin 3D modeli əldə ediləcək. Əldə olunan nəticələr ölkəmizin yeraltı süxurları və strukturları haqqında daha müfəssəl məlumat toplamağa, habelə neft-qaz və digər təbii sərvətlərin aşkarlanmasına imkan yaradacaq.