SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb

F41fcac2 0fa1 394f B497 5d1e29101ddb 850.jpg

“Rusiya – İslam dünyası: KazanForumu” XV Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiyanın Tatarıstan Respublikasının “Tatneft” PSC-nin baş direktoru Nail Maqanov ilə səmərəli görüş keçirdik.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Görüş çərçivəsində əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalandı, qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıldı”, – deyə R.Nəcəf qeyd edib.