Şolts Almaniyanın raket əleyhinə müdafiə sistemini gücləndirmək istəyir

1192265f164823079044252514710488083.jpg

Almaniya müvafiq sistemlərin alınması və qurulması yolu ilə raketdən müdafiə sistemini gücləndirməyi zəruri hesab edir.

Bunu Almaniya kansleri Olaf Şolts yerli KİV-ə müsahibəsində bildirib.

Bundan əvvəl, Almaniyanın “Bild” qəzeti yazırdı ki, Şolts digər problemlərlə yanaşı, Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Eberhard Zorn ilə bu məsələni ətraflı müzakirə edib.

Xüsusilə, İsraildən dəyəri 2 milyard avro olan “Arrow 3” raketdən müdafiə sisteminin alınması imkanını nəzərdən keçirilmişdir.