Son 10 gündə Ukraynadan 50-ə yaxın azərbaycanlı ailəsi təxliyə olunub

F110a326164784534117261824610953076.jpg

Son 10 gündə Vinnitsa şəhəri vasitəsilə Ukraynadan 50-ə yaxın azərbaycanlı ailəsi təxliyə olunub.

Bunu Vinnitsa vilayəti üzrə azərbaycanlılar cəmiyyətinin rəhbəri Əliş Səfərov bildirib.

Rəhbərlik etdiyi cəmiyyətin tək azərbaycanlıları yox ukraynalı yaşlı nəsil, qadın və uşaqların təxliyəsinə də yardım etdiyini bildirən Ə. Səfərov qeyd edib ki, hazırda da bu proses davam edir.

O, həmçinin qeyd edib ki, ölkənin daha qaynar nöqtələrindən çıxan azərbaycanlılar və ukraynalılar üçün Ukraynanın Zakarpatiya bölgəsində müvəqqəti yerlər kirayəliyib ki, təxliyə olunan ailələr sərhəd bölgəsində növbə gözləyərkən küçələrdə qalmasınlar. Bu kimi müvəqqəti sığınacaqlar azərbaycanlı cəmiyyət sədri tərəfindən daimi saxlanılır ki, növbəti təxliyə olunanların istifadəsində olsun. Vinnitsa azərbaycanlıları eyni zamanda Ukrayna ordusunda yaralanmış azərbaycanlıların da müalicəsinə yardım edirlər.