Son həftədə heç kimə vaksin vurulmayıb

1696250780 426734439 0 160 3073 1888 1920x0 80 0 0 52094d4c3419779b7a299b127b0981a8.jpg

Azərbaycanda sentyabrın 25-dən oktyabrın 1-dək koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilir ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.