Son sutkada 396 nəfərə vaksin vurulub

1677244268 0000kor peyvend 04.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 396 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 111, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 123, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 144, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 18 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 948 332, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 784, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 977, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 579 nəfər təşkil edir.