Son sutkada 480 nəfərə vaksin vurulub

1678800794 c01ff1e9 5b53 3e9f b8a8 6a2b3ab00503 850.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 480 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 188, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 197, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 37 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 951 923, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 257, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 551, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 315, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 800 nəfər təşkil edir.