Sorğu: Trampın reytinqi sui-qəsd cəhdindən sonra yüksəlib

522b8f7c Fc4a 3ac5 Ab1b 90c59c64fb20 850.jpg

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın reytinqi sui-qəsd cəhdindən və Respublikaçıların milli qurultayından sonra yüksəlib.

Bunu “Ipsos” sosioloji xidmətinin ABC televiziya şirkəti üçün hazırladığı sorğunun məlumatları sübut edir.

Tədqiqata görə, Trampın reytinqi son hadisələr fonunda son 4 ildə ilk dəfə 40%-ə yüksəlib.

Sorğu 19-20 iyul tarixlərində 1 141 amerikalı arasında aparılıb.

ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Donald Trampın namizədliyi Respublikaçılar Partiyasının iyulun 15-də başlayan və 4 gün davam edən milli qurultayında təsdiqlənib. Baydenin namizədliyinin Demokratların avqustun 19-22-də Çikaqoda keçiriləcək milli qurultayında təsdiqlənəcəyi gözlənilir.