Şoyqu Hindistana getdi – SƏBƏB

1682621069 1670583178 soyqu.jpg

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Hindistana səfər edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Şoyqu Nyu-Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edəcək.

“İclas zamanı beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərinin müzakirəsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi planlaşdırılır”, – nazirlik qeyd edib.

İclasda ŞƏT ölkələrinin (Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan) müdafiə nazirləri, həmçinin müşahidəçi dövlət kimi Belarus və İranın müdafiə nazirliklərinin rəhbərləri iştirak edəcək.