Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə yaşayan ermənilərin patriarxı Sahak Maşalyana baş çəkib.
O, zəlzələ bölgəsinə göndərdikləri yardıma görə Maşalyana təşəkkür edib.
“Biz buradan bütün dünyaya nümunə göstərməliyik. İstanbulun nə olduğunu, Anadolu sivilizasiyasını, birlikdə yaşamaq, birlikdə güclü olmaq anlayışını göstərməliyik”, – nazir görüş zamanı deyib.

