Sumqayıtda 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Cdfa4c42162641639982875379611119651.jpg

Sumqayıtda bədbəxt hadisə nəticəsində 47 yaşlı kişi ölüb.

Hadisə fəaliyyətsiz olan Kompressorlar zavodunun söküntüsü zamanı baş verib. Belə ki, orada fəhlə işləyən 1975-ci il təvəllüdlü Abdullayev Rafiq Fərman oğlunun üzərinə beton parçası düşüb. Ağır bədən xəsarətləri alan 47 yaşlı kişi hadisə nəticəsində ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.