Sumqayıtda qardaş bacısını güllələyib

84453be2164940227848845642310876736.jpg

Sumqayıtda qardaş odlu silahla bacısına xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə aprelin 7-də Köhnə Corat qəsəbəsində yaşayan M.Mirzəbabazadənin evinin həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə bacısı R.Məmmədovaya xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mirzəbabazadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayəti törədərkən istifadə etdiyi qeydiyyatda olmayan, nömrəsi silinmiş “TOZ-34EP” markalı tüfəng götürülüb.