Sürücülərə XƏBƏRDARLIQ!

C5d76cda Ee50 3976 9eac 080d41e6c525 850.jpg

Sabah saat 00:00-dan iyulun 30-u saat 00:00-a qədər Bakının 8 Noyabr prospektində (Sadıqcan küçəsindən Zığ dairəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Avtor.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.