Tacikistanda polislə aksiya iştirakçıları arasında toqquşma olub

B0ab42fc16527299303620311471025981.png

Tacikistanın Xoroq şəhərindəki ümumpamir mitinqində polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.

Avtor.az “Rosbalt”a istinadla xəbər veriur ki, şəhərə zirehli texnika və polis qüvvələri yeridilib.

Güc strukturları ilə toqquşmada bir neçə nəfər yaralanıb. Polis mərkəzi meydana aparan yolları bağlayıb. Şəhərdə internet kəsilib.

Qeyd edək ki, Tacikistan prezidenti Emomali Rahmon hazırda KTMT-nin iclasında iştirak etmək üçün Moskvadadır.