Tatarıstan Respublikasının Rəisi Azərbaycana gəlib

F9c1285a6f2d497b1312f87c22344c63.jpg

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov iyunun 17-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Zəngilan Beynəlxalq Hava Limanında Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşıladılar.