Tayvanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb

Fotojet 16.jpg

Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı dörd nəfər ölüb, 97 nəfər yaralanıb.

Bu barədə yerli KİV informasiya yayıb.

Qeyd edək ki, zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib. Bundan sonra hündürlüyü üç metrə çatan sunami təhlükəsi elan edilib.