Təbii ağrıkəsici…

Lomm.jpg

İntensiv ağrılardan şikayətçi olmaq əslində qidalanma ilə bağlıdır. Düzgün qidalanmada isə ən önəmli amil təbii ağrıkəsicilərdən istifadə etməkdir. Təbii ağrıkəsici dedikdə, söhbət sağlam qarışımlardan gedir. Bu sırada faydalarını saydıqca bitməyən zəncəfil bitkisindən danışmaq lazımdır.

Sözügedən bitkinin ağrıkəsici kimi üstünlüklərini təqdim edirik:

Zəncəfilin tərkibində iltihabı və ağrıları azaltmağa kömək edən gingerol adlı bir birləşmə var. Bu, ürəkbulanma və əzələ ağrısını müalicə etmək üçün istifadə edilir.

Bunun üçün zəncəfilin kökü yaxşıca təmizlənir. Qabığını soymaq da olar, soymamaq da. Sonra incə doğranılır. Hər litr su üçün 2-3 dilim kifayət edir. Qarışım 5-10 dəqiqə qaynayandan sonra məhlulu süzmək lazımdır. Üzərinə çox olmamaq şərti ilə limon və ya bal əlavə edib hər ağrı olanda qəbul etmək lazımdır.

Bu mövzuda bir çox elmi araşdırmalar bu istifadəni dəstəkləyir.

Təbii ağrıkəsici

271042 Nhpro57wq2.jpg

Bəzən orqanizmimizdə səbəbini bilmədiyimiz ağrılar baş qaldırır. Onları isə ağrıkəsici dərmanlarla aradan qaldırmağa çalışırıq.

Kimyəvi tərkibli dərmanlar bəzi orqanlara ziyandır. Buna görə də təbii ağrıkəsicilər orqanizminiz üçün daha məsləhətlidir.

Razyana: Əgər mədənizdə və böyrəklərinizdə ağrı varsa, onda razyana kökünü və ya toxumunu dəmləyib, yeməkdən əvvəl için. Mütəxəssislər sübut ediblər ki, razyana təkcə ağrıkəsici olmayıb, həm də müalicə edir.

Nanə yağı: Kəskin ağrıları, spazmanı aradan qaldırır. Mədə yanmasına kömək edir. Gün ərzində 6-12 damcı ilıq suya töküb qəbul etmək lazımdır.