Türkiyədə təcli yardım avtomobili qəza edib.
Avtor.az xəbər verir ki, hadisə Van-Hakkari avtomobil yolunun Güzeldere aşırımında baş verib.
Qəza zamanı təcili yardım avtomobilində xəstə olub. Sürücü yolun sürüşkən olması səbəbindən idarəetməni itirib.
Hadisə zamanı xəstə, xəstənin həyat yoldaşı və 3 tibb işçisi olmaqla 5 nəfər xəsarət alıb. Yaralılar bölgəyə gələn digər təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

