Azərbaycanda olan təcili tibbi yardım maşınlarının sayı açıqlanıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) tərəfindən “İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyaları və geri ödəmə sistemləri” mövzusunda tədbirdə İTSDA-nın Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib ki, hazırda Azərbaycanda 1300-dən artıq ambulans var.
O həmçinin qeyd edib ki, hazırda Azərbaycan üzrə 16 mərkəzi təcili yardım stansiyası fəaliyyət götərir.

