“Telegram”da investisiya və yatırım adı ilə dələduzluq edən şəxs saxlanılıb

7pt0ywan9vki8d2nu6kwisbiisepgp6r6buwhcsu 1200.webp

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən paytaxt sakini 33 yaşlı Məhərrəm Ağarzayev saxlanılıb .

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, o, “Telegram” sosial şəbəkə seqmentində “Remax” adlı kanal yaradaraq investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verib və rayon sakininin 2 min manatını dələduzluqla ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, vətəndaşa dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin olunub. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.