“Tesla” 817 min avtomobilini geri çağırır

ə.jpg

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” 817 143 avtomobilini geri çağırır.

Bu barədə ABŞ-ın Milli Avtomobil Yolları Administrasiyası məlumat yayıb.

Buna səbəb təhlükəsizlik kəmərində yaranan problemlər göstərilir.

Geri çağırılan lota “Model S”, “Model X”, “Model 3s” və “Model Y” daxildir.

Şirkət aprelin 1-dək sözügedən avtomobillərin sahiblərinə bildirişlər göndərəcəyini bildirib.