“Təzəpir” məscidində bayram namazı qılınıb

184019a2 a1b5 3810 b21b e8370b7fbd67 850.jpg

Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.

Bakının “Təzəpir” məscidində icra olunan dini ayin Hacı Şamil Rəsulovun imamətliyi ilə keçirilib.

Namazda əhali və bir sıra din xadimləri iştirak edib.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban Bayramı 9-10 iyul tarixlərinə təsadüf edib.