Tibb Universitetinin müəlliməsi Firəngiz Quliyeva təltif edilib

Firejiz1683733843 df7e92fd a3f3 4e4b b4d0 ba540ce10f56.jpg

Azərbaycan Tibb Universitetinin Biologiya ixtisası üzrə fəlsəfə elmləri doktoru,sahibkar, vətən sevdalısı, “Əsgərə xatirə kitabı” layihəsinin fəxri üzvü, Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasının baş müəllimi Firəngiz Eyvaz qızı Quliyeva “Vətən naminə”-medalı ilə təltif olunub.

Onun bir çox istiqamətdə çoxşaxəli fəaliyyəti daim gənclərə nümunə olmuş və Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı həm pedaqoji,həm də vətənpərvərlik istiqamətində fəaliyyətinə dəyər verilərək,”Əsgərə xatirə kitabı “-layihəsinin təqdimatı əsasında Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi sədri,ehtiyatda olan Polkovnik cənab Mehdi Mehdiyev tərəfindən təltif olunmuşdur.

Firəngiz Quliyeva Heydər Əliyevlə bağlı çıxış nitqini Ulu öndərin “Azərbaycan mənim ürəyimdir,nəfəsimdir,həyatımdır”-sözləri ilə başlamış və ona göstərilən etimadı daim doğruldaraq gələcək fəaliyyətində daha böyük uğurlara imza atacağını bildirmişdir.Və sonda ona və komandasına verilən dəyərə görə,etimad göstərən hər kəsə minnətdarlıq edərək,dərin təşəkkürünü bildirmişdir.