Tikinti şirkətləri bəzən ekoloji ekspertizaya həvəsli olmurlar

16705001475939118623 1000x669.jpg

Sumqayıt şəhəri və Abşeron rayonunda tikinti şirkətləri tərəfindən inşası nəzərdə tutulan yaşayış binalarının ekoloji ekspertizası getdikcə qaçılmaz zərurətə çevrilir.

Bunu Sumqayıtda sakinlər, mütəxəssislər və müvafiq tikinti şirkətlərinin nümayəndələrinin iştirakı ilə birgə təşkil olunan ictimai dinləmələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə heyətinin sədri Mirsalam Qənbərov bildirib.

Sədr ekoloji ekspertizaya bəzən tikinti şirkətlərinin həvəsli olmadığını, belə hallarda isə qanunvericilikdən irəli gələn addımların atıldığını deyib. “İnsanlarımız unutmamalıdırlar ki, ekoloji problemlər yaşadığımız indiki dövrdə bir şəhər və rayonun, hətta bir ölkənin inzibati sərhədləri ilə bitmir. Belə problemlər getdikcə daha çox qloballaşmaqda davam edir”, – deyə Mirsalam Qənbərov əlavə edib.