Tina Kandelaki axtarışa verildi

O3bn3fuxlkibevidc8uiroc5sm6ifhuny1rcz2e8 1200.webp

“Qazprom-Media” holdinqinin baş direktorunun müavini, media meneceri Tina Kandelaki Ukraynada ölkənin Təhlükəsizlik Xidməti (UTX) tərəfindən axtarışa verilib.

Oxu.Az xəbər verir ki, bu barədə bildiriş UTX-nin məlumat bazasından yerləşdirilib.

Kandelaki 2022-ci ilin martından Ukraynada axtarışa verilib. O, “Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd”də ittiham olunub.

Bundan əlavə, Kandelakinin şəxsi məlumatları 2017-ci ildən Krıma səfərlər və Rusiyanın hərəkətlərinə dəstək üçün Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.