Tokayev də Moskva paradında iştirak edəcək

1683541889 1669570517 54235 20190423kazakhstanpresidentelectionreuters 1555999383601.jpeg

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Moskvada keçiriləcək Qələbə hərbi paradında iştirak edəcək.

Bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibai məlumat verib.

Mayın 8-9-da Tokayev Rusiyaya işgüzar səfər edəcək və burada paradda iştirak edəcək. O, Tver vilayətində Rjev memorialını ziyarət edəcək və həlak olan 100 və 101-ci atıcı diviziyaların qazax əsgərlərinin xatirəsini yad edəcək.

Tokayev dayısı Qasım Boltayevin dəfn olunduğu Trubino kəndindəki kütləvi məzarlığa da baş çəkəcək. Rjev döyüşündə Qazaxıstandan çağırılmış 22 minə yaxın əsgər və zabit iştirak edib.

Qeyd edək ki, bundan əvvəl Qırğızıstan prezidenti Sadır Japarov və Ermənistan baş naziri Nikol Paşinyanın Moskvadakı paradda iştirakı təsdiqlənib.