Tramp yenidən prezident olacağı təqdirdə Baydeni həbs edəcəyinə eyham vurub

A58f4489 2e4f 34f2 82b2 8c255e6cb644 850.jpg

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində yenidən seçiləcəyi təqdirdə siyasi düşmənlərini həbs edəcəyinə söz verib.

O, eyni zamanda Baydeni belə rəqiblərdən biri hesab etdiyinə eyham vurub.

Jurnalist Trampdan Hillari Klintonun rəqibini həbs etmədiyinə görə peşman olub-olmadığını və onun hazırkı “siyasi düşmənlərini” “həbs edib-etməyəcəyini” soruşub. Tramp müsbət cavab verib.

“Cavab belədir: Mənim başqa seçimim yoxdur, çünki bunu bizə edirlər”, – eks-prezident bildirib.

Tramp həmçinin əlavə edib ki, ABŞ-ın hazırkı Prezidenti Co Baydenin ona qarşı irəli sürülən ittihamlarda əli olduğunu düşünür.