Trampın çıxışları zamanı gülləkeçirməz şüşədən istifadə olunacaq

Screenshot 17237865081841723786514.jpg

ABŞ Məxfi Xidməti Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın təhlükəsizliyini təmin etmək üçün hazırkı prezident Co Baydenin təhlükəsizlik komandasının bir hissəsini göndərib.

Bu barədə mənbələrə istinadən The New York Times (NYT) məlumat yayıb.
Qeyd olunur ki, keçən ay Trampa sui-qəsd cəhdindən sonra xidmət namizədin təhlükəsizliyini təmin etmək üçün tədbir çərçivəsində bəzi işçiləri onun seçki qərargahına köçürüb.

Məxfi Xidmət Trampın açıq mitinqlərdə çıxışları zamanı onun podiumunun yanında gülləkeçirməz şüşədən də istifadə edəcək. Əvvəllər bu tədbir yalnız vəzifədə olan prezidentlər üçün istifadə olunurdu.