Turan Tovuz və Traktor oyununun tarixi bəlli olub

Img 20250712 152637 643 2.jpg

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Turan Tovuz”un “Traktor”la yoxlama oyununun vaxtı dəqiqləşib.

Redaksiya Apasport-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Turan Tovuz” Təbriz təmsilçisi ilə iyulun 29-da üz-üzə gələcək.

Qeyd edək ki, İran Pro Liqasının son çempionu “Traktor”la matçın başlama saatı və məkanı isə hələlik müəyyənləşməyib.

Fərid Əlizadə