Əminliklə deyə bilərik ki, Azərbaycan müasir meynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi dünyanın siyasi arenasında özünəməxsus çəkiyə malik olan bir ölkədir. Ölkəmiz öz milli maraqlarına uyğun olaraq beynəlxalq siyasi arenaya uğurla inteqrasiya etməkdədir. Bu gün Azərbaycan eyni zamanda dünyada etibarlı tərəfdaş ölkə kimi böyük nüfuz qazanıb. Əlbəttə ki, bu uğur və nailiyyətlərin təməlində Müzəffər Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü xarici siyasət strategiyası təşkil edir. Bu gün eyni zamanda Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Xüsusi vurğulamalıyıq ki, Ölkə başçısı həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmiş və göstərməkdədir. Məhz cənab İlham Əliyevin təşəbbüsü ilə hər il keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Ölkəmizin dilbər guşəsi, Vətən Müharibəsinin rəmzi tarixi, əzəli Şuşa şəhərində keçirilməsi dediklərimizin bariz təzahürüdür. Qürurla deyə bilərik ki, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Türk dünyasının birliyinin sarsılmaz olduğunun növbəti nümunəsi idi. Bildiyimiz kimi cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi Ölkə başçısının Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü idi. Şuşa bu dövr ərzində Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verdi. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə bütün Türk dünyasını böyük sevincə qərq etdi. Son dörd ildə Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara, o cümlədən Şuşa şəhərinə səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Dünyanın ən böyük tədbirlərindən oln COP29-a hazırlaşdığımız bir dönəmdə Şuşa Zirvəsinin keçirilməsi, burada səslənən fikirlər, Qarabağ Bəyannaməsinin qəbul edilməsi Türk dünyasının növbəti Zəfəri idi.
Şəkəralı İsmayılov;
Neftçala rayonu, Vətən Müharibəsi iştirakçısı





