Türkiyə daha 4 ölkəyə “Anka” PUA-ları satacaq

1687429728 anka iha.jpg

Türkiyə 2023-cü ilin sonunadək 4 ölkəyə “Anka” pilotsuz uçuş aparatları (PUA) tədarük edəcək.

Bu barədə “Anadolu” agentliyi PUA-ları istehsal edən TUSAŞ şirkətinin rəsmisinə istinadən məlumat yayıb.

Ölkələrin adlarını açıqlanmayıb. Bildirilib ki, növbəti il “Anka” müştərilərinin sayı daha da artacaq.

Xatırladaq ki, bundan əvvəl PUA-ların Afrika, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrinə tədarük edilməsi barədə müqavilələr imzalanıb.